Rüfət Nasosnu necə narkoman oldu? - "Deyirlər ki, Rəşad pik nöqtədə idi..." | QAPQARA 00:00 - Giriş 02:47 - Meyxana qadınların qəzəbinə tuş gəldi 11:02 - Cəmiyyəti aldadırlar, cəmiyyət də onu yeyir 19:31 - Atam üçün burnumun ucu göynəyir 25:31 - Ustad necə olmalıdır? 30:28 - Nə olsun ki, Rəşad pik nöqtədə idi... “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışının qonağı meyxana ustası Rüfət Nasosnu olub. O, meyxananın hazırkı vəziyyətini qiymətləndirib: “Meyxana gözəl sənətdir. Burada pul qazanmaq asandır. Problem meyxanaçılardadır. Əvvəllər bədiyyə məclisləri gecə 12-də yekunlaşardı. Sonradan isə meyxana məclisləri gecə saat 3-ə qədər uzandı. Bu da ailələrdə normal qarşılanmadı, meyxanaya “avaraçılıq” damğası vuruldu. Hər şeyin səbəbi isə meyxana deyənlərin hərisliyidir”. Rüfət Nasosnu həmçinin gənc yaşlarında etdiyi səhvdən – narkotikdən istifadə etməsindən danışıb: “O zamanlar elə bilirdim ki, bu, düz yoldur. Sonra başa düşdüm ki, bir az da dərinə getsəm, mənəviyyatım əldən gedəcək. Pulu, hörməti, abır-həyanı, hətta inamı da geri qaytarmaq olur. Amma zamanı və səhvlərinə görə itirdiyin yaxınlarını heç vaxt geri qaytara bilməzsən”. Bizi WhatsApp-da izləyin Rüfət Nasosnu necə narkoman oldu? - "Deyirlər ki, Rəşad pik nöqtədə idi..." | QAPQARA 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #qapqara #meyxana #rüfətnasosnu











